Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz İrana qonşu ölkələrlə normal davranmağa, onların etimadığı doğrultmağa çağırıb.
Hafta.az-ın Krallığın rəsmi xəbər agentliyi SPA-ya istinadən yazdığına görə, Kral Salman Məşvərət Məclisinin açılış mərasimindəki çıxışında ölkəsinin regional və beynəlxalq məsələlərlə bağlı fikirlərini açıqlayıb: "Biz İranı təcili olaraq nüvə öhdəliklərini yerinə yetirməyə, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığa və özü ilə qonşuları və beynəlxalq ictimaiyyət arasında etimadın yaradılması üçün ciddi addımlar atmağa çağırırıq".
OPEC neft hasilatının azaldılması ilə bağlı son qərarına toxunan Salman qeyd edib ki, ölkəsi özünün enerji strategiyası çərçivəsində beynəlxalq neft bazarlarının tarazlığını və sabitliyini dəstəkləmək üçün səylər göstərir.
O, Ukrayna-Rusiya böhranına son qoyulması və hərbi əməliyyatların dayandırılması üçün bütün beynəlxalq səyləri dəstəklədiklərini bəyan edib.
Kral Salman Yaxın Şərq və Fələstin məsələsinə toxunaraq, “Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün Fələstin probleminə beynəlxalq legitimlik qərarları və Ərəb Sülh Təşəbbüsləri çərçivəsində ədalətli, hərtərəfli və təcili kapsamlı həlltapılmasını sürətləndirməli, 1967-ci il sərhədləri ilə, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasına nail olunmalıdır. Səudiyyə Ərəbistanı Krallığı, iki dövlətli çözümü zədələyən təktərəfli bütün hərəkətləri pisləyir və dərhal dayandırılmasını tələb edir", - deyib.
Kral Salman Yəməndəki böhrana son qoyulması cəhdinə uyğun olaraq BMT-nin himayəsi altında imzalanan atəşkəsin hərtərəfli siyasi həll yolunu açacağına və ölkədəki qardaşlar arasında davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Yəməndə daimi atəşkəsə və Yəmən hökuməti ilə Husilər arasında siyasi prosesin başlanmasına töhfə verəcək hər şeyi dəstəklədiklərini ifadə edən Səudiyyə Ərəbistanı kralı husilərin təxribatçı silahlı husi pozuntularının dayandırılmasının vacibliyinə diqqət çəkib.
Körfəz ölkələri ilə birgə inkişaf səylərini artırmaq istədiklərini ifadə edən Salman, inkişaf etmiş iqtisadi birlik və ortaq təhlükəsizlik müdafiə sisteminin qurulmasının tamamlanmasının vacibliyini vurğulayıb.
Kral Salman İraqla bağlı deyib: “Səudiyyə Ərəbistanı İraqın təhlükəsizliyini, sabitliyini, inkişafını, ərazi bütövlüyünü, ərəb kimliyini və sosial quruluşunu, ikitərəfli və kollektiv əməkdaşlıq aspektlərinin inkişafını, terror qrupları və silahlı milis dəstələri ilə mübarizədə Bağdada dəstəyini davam etdirəcək".
Kral Salman Suriyada zorakılığın təkrarlanmasının qarşısının alınması, atəşkəs razılaşmalarının qorunması və ehtiyacı olan suriyalılara humanitar yardımın çatdırılmasının vacibliyinə diqqət çəkib.
O, həmçinin Əfqanıstana humanitar yardımın davam etdirilməsinin məcburi olduğunu və ölkənin təhlükəsizliyini, onun terror əməliyyatlarının meydanına və ya terrorçuların yuvasına çevrilməməsinin vacibliyini vurğulayıb.